Putin və Ərdoğan ikitərəfli münasibətlərdə müsbət dinamikanı qeyd ediblər

28 Mart 2025 15:08 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd edib.

Bu barədə Kremlin saytında məlumat verilib.

“Müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda strateji layihələrin təşviqi ilə bağlı qarşılıqlı faydalı Rusiya-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsinin cari məsələləri nəzərdən keçirilib”, - deyə onlar qeyd ediblər.

Putinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair ABŞ ilə dialoqun gedişatını qiymətləndirməsini bölüşdüyü , aparılan təmasların konstruktiv xarakter daşıdığı vurğulanıb. Eyni zamanda, Rusiya lideri Kiyev rejiminin moratoriuma baxmayaraq, Rusiyanın enerji obyektlərinə hücum cəhdlərinə diqqət çəkib.

Mövsüm

Aznews.az