İsrail ordusu noyabr ayında əldə edilən atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra ilk dəfə Beyrutun cənub kənarlarına iki böyük zərbə endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Hərbçilərin məlumatına görə, İsrail ordusunun vurduğu bina Livanın şiə Hizbullah hərəkatı tərəfindən pilotsuz uçuş aparatları (PUA) saxlamaq üçün istifadə edilib.
"The Times of Israel" xəbər verir ki , daha əvvəl Livandan İsrailin şimalına iki raket atılıb. Onlardan biri ələ keçirilib, digəri isə Livan ərazisinə düşüb.
Mövsüm
Aznews.az