Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır

28 Mart 2025 23:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.

Aznews.az xəbər verir ki, o, bu barədə İstanbulda çıxışı zamanı deyib.

“Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi”, - dövlət başçısı söyləyib.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək.