İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29 Mart 2025 15:20 (UTC+04:00)

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin qurucusu İlon Mask “Starlink” peyk internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı paylaşım edib.

Aznews.az xəbər verir ki, Mask “Starlink”in qlobal peyk rabitə sisteminin xidmətlərinin Azərbaycanda aktivləşdiyini təsdiqləyib.

“Starlink indi Azərbaycandadır”, – İlon Mask bildirib.

AzNews.az