Livanda İsrailə raket atmaqda iştirak edən silahlılar saxlanılıb

30 Mart 2025 17:26 (UTC+04:00)

Livanda İsrailin şimalını atəşə tutan silahlılar həbs edilib.

Bu barədə “Al Hadath” telekanalı respublika ordusunun komandanlığındakı mənbəyə istinadən məlumat yayıb .

“Ordu kəşfiyyatı İsrail ərazisinə raket atmaqda iştirak edən bir qrup suriyalı və fələstinlini saxlayıb”, - mənbə bildirib.

Xəbər verilir ki, Livan hakimiyyəti hazırda İsrailə silahlı hücumun arxasında hansı tərəfin dayandığını müəyyən etmək üçün araşdırma aparır.

Mövsüm

Aznews.az