Myanmada 5,1 bal gücündə daha bir zəlzələ baş verib

30 Mart 2025 17:32 (UTC+04:00)

Myanmanın Mandalay şəhəri yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Vyetnam+ agentliyi məlumat yayıb .

"İlkin məlumatlara görə, yeni yeraltı təkan Mandalaydan 27 km şimalda baş verib. Hazırda onlara dəyən ziyan barədə məlumat yoxdur. Lakin bəzi şahidlərin sözlərinə görə, bir çox insan təşviş içində qışqıraraq küçələrə qaçıb", - məlumatda deyilir.

Əvvəlki zəlzələlərdən sonra şəhərdə xilasetmə işləri davam edir.

Mövsüm

Aznews.az