ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə yeni danışıq aparacağını gözlədiyini bildirib.
Bu barədə "NBC News" Ağ Ev rəhbərinin sözlərinə istinadən məlumat yayıb.
"Tramp iki liderin bu həftə yenidən danışmağı planlaşdırdıqlarını söylədi",-deyə nəşr yazıb.
Rusiya nümayəndələrindən yeni danışıqların aparılması ilə bağlı heç bir şərh verilməyib.
Mövsüm
Aznews.az