Tramp nüvə sazişini rədd etdiyi üçün İranı bombalamaqla hədələyib

30 Mart 2025 20:49 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp tərəflər Tehranın nüvə silahı proqramını dayandırması ilə bağlı saziş imzalamasa, İranı bombalayacağı ilə hədələyib.

Bu barədə "NBC News" məlumat yayıb.

"Əgər onlar razılığa gəlməsələr, o zaman bombardman başlayacaq. "Bu, onların heç vaxt görmədiyi bir bombalama kampaniyası olacaq", - Tramp deyib.

Telekanalın məlumatına görə, tərəflərin rəsmi nümayəndələri danışıqlar aparır.

Mövsüm

Aznews.az