Avropa səhiyyə və müdafiə sahəsində ABŞ- dən asılılığını azaltmalıdır.
Bunu Fransa prezidenti Emmanuel Makron "Reuters" -in YouTube kanalında yayımlanan Fransa-Danimarka İqtisadi Forumunda çıxışı zamanı deyib.
Fransa lideri qeyd edib ki, Avropa ölkələri artıq COVID-19 pandemiyası zamanı digər ölkələrdən hədsiz asılılığın nəticələrini yaşayıb.
"Ola bilsin ki, biz o dövrün xəbərdarlıqlarına kifayət qədər qulaq asmadıq. Həmin anda onların maraqlarını öz maraqlarımızdan üstün tutduq", - Makron bildirib.
Mövsüm,
Aznews.az