Viktor Orban: BCM siyasi məhkəməyə çevrilib

3 Aprel 2025 19:54 (UTC+04:00)

Baş nazir Viktor Orban və onun israilli həmkarı Benyamin Netanyahu Macarıstanın paytaxtı Budapeştdə görüşüb.

Macarıstanda görüşən Orban və Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini hədəf alıb.

BCM-nin həbs qərarına baxmayaraq, Netanyahu Macarıstana rəsmi səfər edib və macar həmkarı Orbanla görüşüb.

İclasdan sonra təşkil edilən mətbuat konfransında danışan Orban, baş nazir olduğu ilk illərdə ICC-yə daxil olmaq qərarına imza atdığını, bu gün də eyni ilə ayrılma qərarına imza atdığını bildirib.

Mövsüm

Aznews.az