Kiyev bazarında qumbaranın partlaması nəticəsində iki nəfər ölüb

3 Aprel 2025 20:38 (UTC+04:00)

Kiyevdə "Yunost" bazarında qumbaranın partlaması baş verib, iki nəfər ölüb.

Bu barədə Ukrayna paytaxtının polisi öz Telegram kanalında məlumat verib.

"Ölənlərin şəxsiyyəti müəyyən edilib - onlar 59 və 60 yaşlı iki yerli sakindir", - məlumatda deyilir.

Silah, sursat və partlayıcı maddələrlə qanunsuz rəftar edilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Mövsüm

Aznews.az