Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

3 Aprel 2025 23:55 (UTC+04:00)

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya bildirib.

Azərbaycana səfər aprelin 14-15-də, Ermənistana isə ayın sonunda baş tutacağı bildirilir.

Səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib.