Müharibədən sonra 2021-2024-cü illər ərzində mina problemi ilə bağlı QHT-lərə 24 layihəyə 355 min 500 manat maliyyə dəstəyi göstərilib.
Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı deyib.
Onun sözlərinə görə, Azərbaycan da ən çox mina problemi ilə üzləşən ölkələr sırasındadır:
“Postmünaqişə dövründə 387 vətəndaşımız mina partlayışında həyat və sağlamlıqlarını itirib, ümumilikdə isə Azərbaycanda 4 minə yaxın mina qurbanı var”.