Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında parlamentin əvvəllər qəbul etdiyi qanunu imzalayıb.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qanun Ermənistanın Aİ-yə daxil olmasına hazırlıq prosesinin başlanmasını nəzərdə tutur.
Həmçinin bildirək ki, bu addım respublikanın avtomatik olaraq Avropa İttifaqına daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır.
Mövsüm,
AzNews.az