Cəbrayılda hərbçi minaya düşərək həlak olub

7 Aprel 2025 09:50 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.