Ukrayna Afrikanın təhlükəsizliyinə təhdid yaradır və terroru dəstəkləyir.
Bu barədə Malinin xarici işlər naziri Abdoulaye Diop bildirib.
“Deməliyəm ki, Ukrayna ilə də əlaqələri kəsən Mali Ukraynanı o dərəcədə terrorçu dövlət hesab edir ki, Ukrayna Saheldə, xüsusən də Malidə terrorçu qruplaşmalara açıq çağırış edib və onlara dəstək verdiyini bəyan edib ki, bu da çoxlu əsgərlərimizin və Mali vətəndaşlarının ölümünə səbəb olub”, o, bildirib.
Diopun sözlərinə görə, Ukrayna məsuliyyəti öz üzərinə götürməli və Kiyevi qeyri-sabitlik mənbəyi və beynəlxalq səhnədə məsuliyyətsiz oyunçu kimi görən Afrika xalqları tərəfindən mənfi qəbul edilməkdən çəkinməlidir.
Mövsüm
Aznews.az