Çin keçmiş baş nazirin müavininə qarşı korrupsiya araşdırmasına başlayıb

7 Aprel 2025 15:12 (UTC+04:00)

Çində keçmiş baş nazirin müavini Liu Henin oğlu, maliyyəçi və "Skycus Capital" -ın təsisçisi Liu Tianrana qarşı korrupsiyada şübhəli bilinərək istintaq başladılıb.

"Financial Times" (FT) bu barədə mənbələrə istinadən məlumat yayıb.

“İstintaq iddia edilən maliyyə korrupsiyası ilə bağlıdır”, - nəşr bildirib.

Tianranın keçmiş həmkarının sözlərinə görə, o, uzun müddətdir ki, istintaq altındadır. Qəzetin digər mənbəsi isə keçmiş baş nazirin müavininin oğlunun saxlanıldığını bildirib.

Mövsüm

Aznews.az