Çinin Ticarət Nazirliyi ABŞ prezidenti Donald Trampın tariflərinə qarşı “sona qədər mübarizə aparacağına” söz verib.
"ABŞ-nin Çinə tarifləri artırmaqla hədəsi yanlışdır və bir daha ABŞ-nin şantaj xarakterini nümayiş etdirir. "Çin heç vaxt bununla razılaşmayacaq", - Sinxua agentliyi Ticarət Nazirliyindən sitat gətirib.
Nazirlik sözçüsü əlavə edib ki, Vaşinqtonun Çinə tariflər tətbiq etmək hərəkətləri heç bir ciddi əsası olmayan “birtərəfli zorakılığın tipik praktikası”dır. Agentliyin məlumatına görə, ABŞ siyasətini sərtləşdirərsə, Pekin öz hüquq və maraqlarını qorumaq üçün cavab tədbirləri görməyə məcbur olacaq.
Mövsüm
Aznews.az