Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiya siyasəti iflasa uğrayıb.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
"Ümumiyyətlə, mən hesab edirəm ki, Aİ-nin sanksiya siyasəti iflasa uğradı. Çünki sanksiyalar Avropa iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox zərbə vurdu", - Siyarto bildirib.
O, həmçinin əlavə edib ki, Macarıstanın enerji sektorunda Rusiya ilə mühüm əməkdaşlığı var. Onun sözlərinə görə, Rusiya Federasiyası Macarıstana enerji tədarükünə gəldikdə etibarlı tərəfdaşdır.
Mövsüm
Aznews.az