İstanbul Baş Prokurorluğu şəhər meri Əkrəm İmamoğlunun saxlanması ilə bağlı icazəsiz aksiyaların 139 iştirakçısına 3 ilə qədər həbs cəzası tələb edir.
Bu barədə “A Haber” telekanalı məlumat yayıb .
“İttiham aktında vurğulanır ki, toplaşan izdiham [mitinqlərə] qadağa bildirilsə də, inadla dağılışmaqdan imtina edib və polis kordonuna hücum edərək iğtişaşlara səbəb olub”, - materialda deyilir.
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları aksiya iştirakçılarına mitinqlərin qadağan olunması ilə bağlı xəbərdarlıq edib və sonda nümayişçilərin bir qismini saxlayıblar.
Mövsüm
Aznews.az