Türkiyə hakimiyyəti xaricə limon ixracına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəlib.
Bu barədə ölkənin ticarət naziri Ömər Bolat məlumat verib.
“Limon ixracına qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb, daxili bazarda qiymət dinamikası yaxından izləniləcək və yoxlamalar qarşıdakı dövrdə də davam etdiriləcək”, – deyə A Haber telekanalı onun sözlərini sitat gətirib.
Bolatın fermerlər, deputatlar və ticarət mütəxəssisləri ilə görüşdüyü vurğulanır. İclasda bazarda tələb-təklif və təklifin təhlükəsizliyi arasında tarazlığın təmin edilməsi üçün qəbul edilməli olan tələblər müzakirə olunub.
Mövsüm
Aznews.az