Ukrayna və Belçika Belçikanın baş naziri Bart De Veverin səfəri zamanı birgə silah istehsalı imkanlarını müzakirə ediblər.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib .
"Bu gün Belçikanın on müdafiə şirkətinin nümayəndələri Baş nazir Bart De Veverlə birlikdə Ukraynadadır. Biz Ukrayna ərazisində birgə silah istehsalı və istehsala sərmayələr barədə danışdıq - bu, bütün Avropa üçün işləyəcək bir şeydir. Bu gün Belçika istehsalçıları ilə üç razılaşma var", - Zelenski Telegram kanalında yazıb.
Ukrayna lideri həmçinin avropalı həmkarına 1 milyard avroluq yeni müdafiə paketinə görə minnətdarlığını bildirib.
Mövsüm
Aznews.az