Prezident ADA-da keçirilən beynəlxalq forumda Avropa Komissiyasının Azərbaycana münasibətindən danışıb

9 Aprel 2025 12:34 (UTC+04:00)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub.

Dövlət başçısı bununla bağlı deyib:

“Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.