Rusiya bu ilin mayına qədər Qafanda baş konsulluğun açılış vaxtı barədə konkret razılaşmalara nail olmağı planlaşdırır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, bu, ticarət və investisiya, ictimai-təhsil, mədəni-humanitar əməkdaşlığın dərinləşməsinə, bu ərazi ilə Rusiyanın regionları arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına təkan verəcək.