Vulin: Aİ Serbiya prezidenti Vuçiçi əvəz etmək planı hazırlayır

9 Aprel 2025 17:25 (UTC+04:00)

Serbiyanın baş nazirinin müavini Aleksandar Vulin Avropa İttifaqının (Aİ) respublika prezidenti Aleksandr Vuçiçi devirmək üçün layihə hazırladığını açıqlayıb.

Baş nazirin müavini TASS-a bildirib ki, Belqrad küçələrində hökuməti devirmək cəhdi narazıların etirazı deyil, Qərb kəşfiyyat orqanlarının fəal işi və Brüssel administrasiyasının prezident Vuçiçi əvəz etmək üçün siyasi layihəsidir .

O, əlavə edib ki, Brüssel Serbiyada hakimiyyətə Aİ-nin siyasətinə, yəni Kosovonun tanınmasına, Srpska Respublikasının tərk edilməsinə və Rusiyaya qarşı sanksiyaların tətbiqinə uyğun olacaq yeni hökuməti gətirməyi planlaşdırır.

Mövsüm

Aznews.az