Rumıniyanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

9 Aprel 2025 18:44 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın müvəqqəti işlər vəkili Liliana Burdanı Dövlət Protokol İdarəsinə çağırıb.

Bu barədə Rusiya diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.

“Rumıniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili L. Burda Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinə çağırılıb”, - Telegram kanalında yayılan mesajda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinə çağırılma səbəbi açıqlanmayıb.

Mövsüm

Aznews.az