Çin səlahiyyətliləri iki ölkə arasında pisləşən ticarət müharibəsi fonunda öz vətəndaşlarına ABŞ-yə səyahət etməmək barədə xəbərdarlıq edib.
Bu barədə Çin Turizm Nazirliyinin bəyanatında qeyd edilib.
“Çin və ABŞ arasında pisləşən ticarət münasibətləri və Amerikada təhlükəsizliklə bağlı narahatlıqlar fonunda Mədəniyyət və Turizm Nazirliyi Çin vətəndaşlarına ABŞ-yə səyahət risklərini diqqətlə qiymətləndirməyi və ehtiyatlı olmağı tövsiyə edir”,-deyə bəyanatda bildirilir.
Agentlik xəbər verir ki, hökumət həmçinin Çin vətəndaşlarını " ABŞ təyyarəsinə minməzdən əvvəl" iki dəfə düşünməyə çağırır.
Mövsüm
Aznews.az