Gədəbəydə ahıl qadın dərəyə yıxılaraq ölüb

10 Aprel 2025 10:55 (UTC+04:00)

Gədəbəy rayonunda yaşlı qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Gədəbəy rayon sakini, 81 yaşlı Zülfiyyə Hüseynova İnəkboğan kənd ərazisindəki dərəyə yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.