Türkiyə Rusiya ilə ABŞ arasında aparılan danışıqlara qarışmayacağını bəyan edib

10 Aprel 2025 14:56 (UTC+04:00)

Türkiyə rəsmiləri Ankaranın Rusiya və ABŞ arasında İstanbulda keçirilən danışıqlara müdaxilə etməyəcəyini və görüşün məhsuldar keçəcəyini gözləyirlər.

Bu barədə RİA Novosti- yə prezident Rəcəb Tayyib Ərdoğanın administrasiyasından məlumat verilib.

"Biz prosesə qarışmırıq, təfərrüatları danışıqların iştirakçılarının özlərindən öyrənirik. Biz yalnız Türkiyədə bu danışıqların konkret nəticələr verəcəyinə ümid edirik", - agentliyin mənbəsi bildirib.

Ərdoğanın ofisi əlavə edib ki, hazırda prezidentin proqramına Rusiya və ABŞ nümayəndə heyətləri ilə görüş planı daxil deyil.

Mövsüm

Aznews.az