Polşalı nazir: Münaqişə bitdikdən sonra Ukraynanın bərpasının dəyəri 500 milyard avro olacaq

10 Aprel 2025 17:13 (UTC+04:00)

Münaqişə bitdikdən sonra Ukraynanın bərpasının dəyəri ən azı 500 milyard avro olacaq.

Bunu aprelin Polşanın Aİ məsələləri üzrə naziri Adam Szlapka deyib.

"Dünya Bankının son hesablamalarına görə, [Ukraynanın] yenidən qurulmasının dəyəri artıq 500 milyard avroya çatıb və hərbi əməliyyatlar bitənə qədər artmağa davam edəcək", - nazir Brüsseldə "Global Pulse" YouTube kanalında yayımlanan Aİ-Ukrayna biznes forumunda deyib.

O qeyd edib ki, Kiyev islahatları davam etdirərsə, bu vəsaitin təxminən üçdə biri özəl investorlar tərəfindən təmin edilə bilər.

Mövsüm

Aznews.az