Tramp miqrantların sığınacağı şəhərləri maliyyələşdirməyi dayandıracağını açıqlayıb

10 Aprel 2025 18:50 (UTC+04:00)

ABŞ hakimiyyəti ölkənin qeyri-qanuni mühacirləri qoruyan hər hansı bir şəhərə federal maliyyə dəstəyini dayandıracaq sənəd hazırlayır.

Bu barədə Amerika prezidenti Donald Tramp bəyan edib .

"Artıq müqəddəs şəhərlər yoxdur! Onlar qurbanları deyil, cinayətkarları qoruyurlar. Onlar ölkəmizə rüsvayçılıq gətirir və bütün dünyada lağ mövzusudur. Biz bu ölüm tələlərinin mövcud olmasına icazə verən istənilən şəhər və ya ştata federal maliyyəni kəsmək üçün sənədlər üzərində işləyirik", - Tramp Truth Social-da yazıb.

Mövsüm

Aznews.az