Tramp Çin mallarına rüsumları 145%-ə qaldırdı

10 Aprel 2025 19:51 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Çindən gətirilən mallara rüsumları 145%-ə qaldırıb.

Bu barədə Ağ Evə istinadən CNBC telekanalı məlumat yayıb.

Məqalədə deyilir: "ABŞ-nin Çin idxalına tətbiq etdiyi tarif dərəcəsi indi faktiki olaraq 145% təşkil edir", - deyə Ağ Ev rəsmisi təsdiqləyib.

Öz növbəsində ABŞ-nin vitse-prezidenti J.D.Vens deyib ki, Tramp sülh istəyir, eyni zamanda ədalətli ticarət və “Amerika iqtisadiyyatı üçün daha çox özünü təmin etmək” istəyir.

Mövsüm

Aznews.az