Aenqa adası yaxınlığındakı Muuqa körfəzində Estoniya Müdafiə Qüvvələri Rusiyaya gedən Kiwala tankerini saxlayıb.
Bu barədə "Postimees" qəzeti məlumat yayıb.
“O, Estoniyanın ərazi suları boyunca Rusiyanın Ust-Luqa limanına gedirdi: “Hazırda onun yanında Estoniya donanmasının gəmiləri var”, - məqalədə qeyd olunur.
Müdafiə Nazirliyinin mətbuat konfransında Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı komandor İvo Värk izah edib ki, saxlanılmada məqsəd gəminin sənədlərini və hüquqi statusunu yoxlamaq olub.
Mövsüm
Aznews.az