Böyük Britaniyanın MN: Aİ Ukraynaya qoşun göndərmək planında iştirak etmir

11 Aprel 2025 17:31 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) institutları, eləcə də Avropa diplomatiyasının rəhbəri Kaja Kallas sülh nizamlanmasından sonra qondarma “istəklilər koalisiyası” missiyası çərçivəsində Ukraynaya mümkün qoşun yeridilməsi planında iştirak etmir.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Healey Kiyevə silah tədarükü üzrə təmas qrupunun iclasında bildirib.

O, Sky News-un YouTube kanalında yayımlanan çıxışında deyib: "Kaja Kallas böyük Avropa lideridir, lakin Aİ istəklilərin koalisiyası çərçivəsində planlaşdırmada iştirak etmir".

Eyni zamanda, Healy bildirib ki, Ukrayna ərazisinə hərbi kontingentin göndərilməsi "qabaqcıl mərhələdədir".

Mövsüm

Aznews.az