İstanbulda şəhərin müxalif bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanmasına etiraz olaraq tələbə mitinqləri keçirilib.
Bu barədə “İzvestiya”nın müxbiri İqor Baldin məlumat verib.
“Beyazid meydanındakı mitinqin ənənəvi “gənc sima”sı var: əsasən tələbələr, təəccüblü deyil, çünki ölkənin əsas universitetlərindən biri yaxınlıqda yerləşir”, - Baldin deyib.
Qeyd olunur ki, İmamoğlu 2028-ci il seçkilərində Ərdoğanın əsas potensial rəqiblərindən biri hesab olunur. Etirazçıların fikrincə, baş verənlər onun gələcək prezidentlik yarışında iştirakına mane olmaq cəhdidir.
Mövsüm
Aznews.az