Trampın ikinci dönəmində hökumət xərcləri 154 milyard dollar artıb

11 Aprel 2025 20:47 (UTC+04:00)

"The Wall Street Journal" yazır ki, ABŞ prezidenti Donald Trampın ikinci dövründə Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə baxmayaraq, ABŞ hökumətinin xərcləri 154 milyard dollar artıb .

“Hökumətin Səmərəliliyi Departamentinin iş yerlərini ixtisar etməsinə və müxtəliflik proqramlarını bağlamasına baxmayaraq, prezident Tramp vəzifəyə gəldikdən sonra federal xərclər artıb”, - hesabatda deyilir.

Qəzet ABŞ Maliyyə Nazirliyinin gündəlik maliyyə hesabatlarının təhlilini aparıb. Məlum olub ki, Trampın inauqurasiyasından sonra dövlət xərcləri ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 154 milyard dollar artıb.

Mövsüm

Aznews.az