Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.
Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib:
“Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi yekunlaşacağına inanırıq”.