Şamaxıda zəlzələ olub

12 Aprel 2025 16:13 (UTC+04:00)

Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ 3 bal gücündə hiss olunub. Dərinlik 12 km və 3.4 maqnitudalı olub.