Böyük Britaniya səlahiyyətliləri zibil toplayanların tətillərinə görə ordu çağırır

14 Aprel 2025 10:04 (UTC+04:00)

Britaniya hökuməti iş şəraitinin dəyişdirilməsinə qarşı etiraz edən Birminqem işçilərinin probleminin həllinə kömək etmək üçün ordunu çağırıb.

Bu barədə Britaniyanın “The Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Əməliyyat planlaşdırma təcrübəsi olan az sayda hərbi qulluqçu böhrandan çıxmağa kömək etmək üçün maddi-texniki dəstək göstərir”, - nəşr yazır.

Hərbi personalı bu vəziyyəti həll etməyə çağırmağın təşəbbüskarı Böyük Britaniyanın baş nazirinin müavini Ancela Rayner olub. Qəzetin yazdığına görə, o, mülki hakimiyyət orqanlarına hərbi yardım da daxil olmaqla səlahiyyətlərindən istifadə edib.

Mövsüm

Aznews.az