Çinin şimalında fırtına ilə bağlı narıncı xəbərdarlıq edilib

14 Aprel 2025 15:15 (UTC+04:00)

Çinin bir neçə bölgəsində tufan və çovğunla əlaqədar narıncı xəbərdarlıq elan edilib.

Bu barədə Pekinin Milli Meteorologiya Mərkəzinə (NMC) istinadən Sinxua agentliyi məlumat verib .

“NMC-nin proqnozuna görə, bazar günü səhər saat 8-dən bazar ertəsi səhər saat 8-ə kimi Daxili Monqolustan Muxtar Vilayətinin bəzi ərazilərində, Şansi və Hebey əyalətlərində, eləcə də Pekin əyalətində milli miqyasda 11 bal (28,5-32,6 m/s) gücündə külək əsəcək".

Bundan əlavə, agentliyin məlumatına görə, Bohay, Sarı və Şərqi Çin dənizlərinin ərazilərində qum və qar fırtınaları gözlənilir.

Mövsüm

Aznews.az