Nigeriyanın Plato əyalətində naməlum silahlı şəxslər iki kilsəyə hücum edərək 50-yə yaxın adamı öldürüb.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən Daily Post yazıb .
"Plato əyalətinin sakinləri Bokkos Yerli Rəhbərliyində bəzi icmalara edilən son hücumlarla barışmağa çalışarkən, bazar günü axşam Bassa Yerli Rəhbərliyinin iki kəndi hücuma məruz qalıb, nəticədə 47 nəfər ölüb, onlarla insan yaralanıb", - bəyanatda deyilir.
Qubernator Kaleb Mutfvanq və keçmiş dövlət hərbi inzibatçısı kontr-admiral Bitrus Atukum deyirlər ki, hücumların məqsədi zərərçəkmiş icmaları viran etmək və onların ata-baba torpaqlarını ələ keçirməkdir.
Mövsüm
Aznews.az