Finlandiyanın cənubundakı Qərbi Uusimaa bölgəsində aşağı maaşlara görə iki günlük polis tətili başlayıb.
Bu barədə Yle teleradio şirkəti məlumat yayıb .
Tətil 80,000-ə yaxın işçini əhatə edən əmək haqqı danışıqlarının dayandırılması ilə əlaqədardır. Nəşrin məlumatına görə, Finlandiyada sonuncu dəfə polis tətili 1976-cı ildə baş verib.
"Tətil günlərində, yəni çərşənbə axşamı və çərşənbə günü bütün polis bölmələri bağlı olacaq. Polis bölməsinə şəxsən hüquq pozuntuları barədə məlumat vermək mümkün olmayacaq. "İtirilmiş və tapılan əşya məntəqələri də bağlanacaq”, - nəşr yazır.
Mövsüm
Aznews.az