Zelenski Qara dənizdə təhlükəsizliklə bağlı iclasda iştirak edən ölkələr haqqında danışıb

15 Aprel 2025 21:02 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, İstanbulda keçiriləcək görüşdə Qara dənizdə təhlükəsizlik məsələləri Ukrayna, Fransa, Böyük Britaniya və Türkiyə nümayəndələri tərəfindən müzakirə olunacaq.

“Orada Paris sammitində müəyyən olunmuş Avropa ölkələrinin nümayəndələri iştirak edəcək – bu, Britaniya, Fransa, mütləq Ukrayna və qəbul edən tərəf olaraq Türkiyədir,” – deyə Zelenski NATO baş katibi Mark Rutte ilə Odessada keçirilən mətbuat konfransında bildirib.

Zelenski əlavə edib ki, “istəkli koalisiyası” çərçivəsində, o cümlədən Qara dənizdə təhlükəsizlik məsələləri üzrə müxtəlif formatlarda artıq bir neçə görüş keçirilib.

Mövsüm

Aznews.az