Fələstin hərəkatı HƏMAS, israilli, ABŞ vətəndaşlığı olan girovu qoruyan müşayiət qrupla əlaqənin itirildiyini bildirib. Girovun saxlanıldığı yerə zərbə endirilib.
Bu barədə HƏMAS-ın hərbi qanadının nümayəndələri məlumat yayıb.
“İsrail əsgəri İden Aleksandrı qoruyan qrupla əlaqəni itirdiyimizi bildiririk,” – deyə Telegram kanalında qeyd olunub.
HƏMAS əlavə edib ki, saxlanılma yeri İsrail tərəfindən bombalanıb. Hazırda isə hərəkat bu müşayiət qrupu ilə əlaqə qurmağa çalışır.
Mövsüm
Aznews.az