BƏƏ-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 5 nəfər həlak olub

15 Aprel 2025 21:54 (UTC+04:00)

BƏƏ-də çoxmərtəbəli yaşayış binası yanıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, daha 19 nəfər yaralanıb.

Bu barədə Şarja polisi məlumat verib.

Hadisənin aprelin 13-də baş verdiyi bildirilir. Polisin əməliyyat mərkəzinə mənzillərdən birində yanğın baş verməsi barədə saat 11:31-də (Bakı vaxtı ilə 11:31) siqnal daxil olub. Hadisə yerinə polis, mülki müdafiə və milli təcili yardım əməkdaşları gəlib.

"Sürətli cavab tədbirləri sayəsində yüzlərlə insan təxliyə edilib. Lakin yanğın nəticəsində 5 nəfər ölüb, daha 19 nəfər yaralanıb", - polis öz Facebook səhifəsində bildirib.

Mövsüm

Aznews.az