Tramp: Tarif gəlirləri o qədər yüksək olacaq ki, vergiləri əvəz edəcək

15 Aprel 2025 22:05 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bildirib ki , ABŞ-nin yeni tariflərindən əldə edilən gəlir o qədər böyük ola bilər ki, onlar gəlir vergisini tamamilə əvəz edəcək .

"Mən heç kimin danışa bilmədiyi bütün bu böyük maliyyə dahiləri ilə danışıram. Tariflərdən gələn pulun vergini əvəz edəcək qədər böyük olması şansı var", - Tramp Fox News-a müsahibəsində deyib .

Amerika lideri vurğulayıb ki, əvvəllər, təxminən 1870-ci ildən 1913-cü ilə qədər tariflər gəlir əldə etməyin yeganə forması idi.

Mövsüm

Aznews.az