Bakıda güclü küləyin sındırdığı ağaclar kəsilir, ərazilər təmizlənir

16 Aprel 2025 11:33 (UTC+04:00)

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən dünən axşamdan başlayan güclü küləyin sındırdığı ağaclar kəsilir, qırılan budaqlar budanır, ərazi təmizlənir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda qurumun mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirir.