ABŞ Çini 245%-ə qədər tariflərlə hədələyib

16 Aprel 2025 12:20 (UTC+04:00)

ABŞ administrasiyası Çindən idxal olunan mallara 245%-ə qədər tarif tətbiq etməyi düşünür.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Cavab tədbirləri nəticəsində Çin indi ABŞ-yə idxal olunan mallara 245%-ə qədər gömrük rüsumları ilə üzləşir", - Ağ Evin bəyanatında deyilir .

Açıqlamada qeyd edilib ki, tədbir iki ölkə arasında ticarət qarşıdurmasının kəskinləşməsi ilə bağlıdır.

Mövsüm

Aznews.az