Pakistan Hərbi Hava Qüvvələrinə (PAF) məxsus təlim təyyarəsi Pəncab əyalətinin Vihari şəhəri yaxınlığında qəzaya uğrayıb, hər iki pilot katapult vasitəsilə həyatda qalmağı bacarıb.
Bu barədə yerli qəzet "The Express Tribune" bildirib .
İlkin məlumatlara görə, qəzaya səbəb uçuş zamanı baş vermiş texniki nasazlıq ola bilər. Təyyarənin qəzaya uğradığı yerdə xilasedicilər, yanğınsöndürmə briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
"Polis hər iki pilotun qəzadan əvvəl paraşütlə təhlükəsiz yerə uğurla endiyini bildirib", - deyə məlumatda bildirilir.
Mövsüm
Aznews.az