Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb

16 Aprel 2025 15:07 (UTC+04:00)

Bu ilin I rübündə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçılardan daxil olan 1 462 müraciətə baxıb.

Təmin olunmuş 595 müraciət əsasında 55 608 manat vəsait istehlakçılara qaytarılıb.

“İstehlakçı hüquqlarının qorunmasına yönələn tənzimləyici tədbirlər istehlakçıları bazarda qarşılaşa biləcəkləri ədalətsiz biznes təcrübələrindən qoruyur. Rəqabətli bazar şəraitinin inkişafını stimullaşdırmaqla istehlakçıların iqtisadi gücünü və seçim imkanını artırır”, - məlumatda qeyd olunub.